...

Azərbaycanın "Kəpəz" futbol klubunun sponsor problemi həll olunmur – klubun keçmiş vitse-prezidenti

Cəmiyyət Materials 25 İyun 2008 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Kəpəz" futbol klubu sponsor problemi həll olunmadığı üçün 2008-2009-cu il mövsümünün hazırlıqlarına başlaya bilmir. "Biz hələ də gözləyirik. Artıq bütün komandalar qarşıdakı çempionatın hazırlıqlarına start verib. Biz isə, sponsor problemi həll olunmadığına görə, heç bir iş görə bilmirik", çərşənbə günü Trend -a "Kəpəz" klubunun keçmiş baş məşqçisi və vitse-prezidenti olmuş Mehman Allahverdiyev deyib.

Trend -un arayışı: Azərbaycanın ən titullu klublarından olan "Kəpəz" maliyyə problemləri yarandığı üçün 2002-ci ildə fəaliyyətini dayandırıb. Bir müddət əvvəl Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev Gəncəni təmsil edən klub üçün sponsor tapdığını bildirsə də, komandanın maliyyə problemlərinin həlli yolunda konkret addımlar atılmayıb.

AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu isə Trend -a bildirib ki, "Kəpəz" klubunun sponsorlarla bağlı yaranan problemi yaxın zamanlarda həll olunacaq. "Sponsor məsələsi demək olar ki, həll olunub. Amma sponsorun adının nə vaxt açıqlanacağını dəqiq bilmirəm", - deyə Nərimanoğlu əlavə edib.

"Kəpəz" klubunun Azərbaycan çempionatının birinci divizionunda iştirak edəcəyi gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti