...

27 ölkənin Azərbacyandakı səfiri Şəkidə beynəlxalq tədbirdə iştirak edir

Cəmiyyət Materials 28 İyun 2008 15:32 (UTC +04:00)

Azərbaycan, Şəki, 28 iyun/ Trend , müxbir E.Quliyev/ 27 ölkənin Azərbaycandakı səfiri "Şəki qədim sivilizasiyalar diyarıdır" adlı beynəlxalq tədbirdə iştirak etmək üçün Şəkidədir. Beynəlxalq tədbirin təntənəli açılışına Şəkinin Heydər Əliyev adına parkında start verilib. Açılışdan sonra qonaqlara ilk əvvəl rayonun Fazıl kəndindəki Təpəbaşı Nekrapolu ilə tanış olublar. Mərasim iştirakçılarının daha sonra Kiş kəndindəki qədim alban məbədinə baxış keçirməsi nəzədə tutulur. Saat 17:00-da qonaqların şəhərin yuxarı qoruq ərazisində xalq tətbiqi sənət nümunələrindən ibarət təşkil olunmuş sərgiyə baxış keçirmələri də planlaşdırılır.

Bundan sonra isə nəzərdə tutulan proqrama əsasən, tədbir iştirakçıları bayram konsertinə tamaşa edəcək. Günün sonunda isə mərasimin xüsusi atəşfəşanlıqla başa çatması nəzərdə tutulur.

Mədəniyyət və Turizm Nazirliyi və Milli Elmlər Akademiyasının Tarix İnistutu ilə birgə təşkil olunmuş bu beynəlxalq tədbirin keçrilməsində əsas məqsəd bölgənin turizm potensialının genişləndirilməsi, Azərbaycan xalqına xas olan mədəni irsin çatdırılması, tarixi-mədəni abidələrlə tanışlıqdır.

Şəki respublikanın şimal-qərbində paytaxtdan 352 km mesafedə yerləşir.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti