...

Azərbaycanlı avarçəkən dünya kubokunda iki qızıl medal qazanıb

Cəmiyyət Materials 30 İyun 2008 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın avarçəkmə üzrə yığma komandasının üzvü Valentin Demyanenko Polşanın Poznan şəhərində keçirilən dünya kubokunun üçüncü mərhələsində iki qızıl medal qazanıb. Bu barədə bazar ertəsi Trend -a Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat xidməti məlumat verib.

Avarçəkmənin kanoe növündə mübarizə aparan 25 yaşlı idmançı həm 200, həm də 500 metrlik məsafələrə yürüşdə rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə çıxıb. Azərbaycan yığma komandasının digər üzvü olan Aleksandr Kasatkin isə kanoe növündə 500 metrlik məsafəyə yürüşdə doqquz idmançı arasında altıncı olub.

Azərbaycanı avarçəkmənin kayak növündə təmsil edən Fikrət Zeynalovun çıxışı digərləri ilə müqayisədə uğursuz olub. O, qayıqla 500 metrlik məsafəyə yürüşdə doqquz idmançı arasında sonuncu yeri tutub.

Xəbər lenti

Xəbər lenti