...

Olimpiadada Azərbaycanın güləş, boks, bədii gimnastika və stend atıcılığı üzrə idmançılarına daha çox ümid etmək olar – MOK-un vitse-prezidenti

Cəmiyyət Materials 30 İyun 2008 17:49 (UTC +04:00)
Olimpiadada Azərbaycanın güləş, boks, bədii gimnastika və stend atıcılığı üzrə idmançılarına daha çox ümid etmək olar – MOK-un vitse-prezidenti

Azərbaycan, Bakı, 30 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın güləş, bədii gimnastika, boks və stend atıcılığı üzrə idmançılarının Pekin Olimpiadasında daha çox medal qazanacağına ümid etmək olar. "Olimpiada Çinin paytaxtı Pekində keçirildiyindən, çinliləri bu böyük yarışın favoritləri saymaq olar. Amma elə idman növləri var ki, çinlilər orda favorit deyillər. Biz isə, güləşçilərimizdən, boksçularımızdan, bədii gimnastlarımızdan və stend atıcımız Zemfira Mehtahəddinovadan daha çox uğur gözləyirik", - bazar ertəsi Trend -a Azərbaycanın Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Xəzər İsayev deyib.

Trend -un arayışı: Bu il avqustun 8-də başlayacaq Pekin Olimpiadasına 44 idmançımız lisenziya qazanıb. Azərbaycan Olimpiadada idmanın güləş növündə 16 güləşçi ilə təmsil olunacaq. Afinada 2004-cü ildə keçirilən Olimpiadada Azərbaycanı 38 idmançı təmsil etmişdi.

İsayev bildirib ki, bəzi yerlərdə Azərbaycanın Olimpiadaya lisenziya qazanan idmançılarının sayının 39 nəfər göstərilməsi lisenziyaların komanda sayına bölünməsi ilə əlaqədardır. "Əslində, bu məsələdə ciddi problem yoxdur; bəziləri lisenziyaları komanda üzvlərinin sayına yox, komandaların sayına görə hesablayırlar", - deyə MOK-un vitse-prezidenti əlavə edib.

MOK-un vitse-prezidenti əvvəlki Olimpiadalarla müqayisədə, Azərbaycan idmançılarının Pekin Olimpiadasından daha çox medalla qayıdacaqlarına inandığını deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti