...

Azərbaycanlı dirijor mövsümü Gürcü Opera və Balet Teatrının səhnəsində bağlayacaq

Cəmiyyət Materials 1 İyul 2008 10:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyul /TrendLife müx. Eldar Hüseynzadə/

M. Maqomayev adına Dövlət Fİlarmoniyasının dirijoru Fəxrəddin Kərimov iyulun 5-də Tbilisidə Z. Paliaşvili adına Akademik Opera və Balet Teatrının səhnəsində çıxış edəcək. TrendLife-ın verdiyi xəbərə görə, yerli dirijor bu çıxışı ilə mövsümü bağlayacaq. Gecənin solisti Türkiyəli skripkaçı Pelin Halpadjıakın olacaq. Tədbirdə Şestokoviçin bir neçə tanınmış əsərləri səslənəcək.

Onu da qeyd edək ki, F. Kərimov bu yaxınlarda Parisdən qayıdıb. O, orada "Leyli və Məcnun" operasının 100 illik yubileyində iştirak edib.

Xəbər lenti

Xəbər lenti