...

Xarici görkəmimə baxıb, özümdən razı olduğumu düşünürlər- xalq artisti Məleykə Əsədova

Cəmiyyət Materials 4 İyul 2008 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul /TrendLife müx. Günel Əhmədova

Həmkarlarından fərqli olaraq xalq aritsti fəxri adını cavan yaşlarından alan Məleykə Əsədovanın hərdən bu mövzuda qulağı xoş sözlər eşitmir. Belə insanlar üçün rəqibə çevrildiyini TrendLife-a etiraf edən akrisanın

fikrincə o, fəxri adı layiq olduğu yaşda sahib olub:

"Akademik Dram Teatrına gələn gündən daha çox klassik obrazlar yaratmışam. Çünki həmin obrazları oynamaq istedad və məsuliyyət tələb edir. Mənim oynadığım tamaşalara hər zaman baxılıb. İstəyir yüz il səhnədə ol, əgər yaratdığın obraz insanın ruhunu tərpədə bilməyibsə,

dövlət bunu qiymətləndirməyəcək. Həmişə səhnə məsuliyyətini hiss etmişəm. Elə gün olub ki, tamaşadan öncə üç dəfə məşq etmişəm. Mən çəkdiyim zəhmətin bəhrəsini görürəm".

Haqqında Məleykə Əsədova kiminsə yerini tutub, kəlməsi ilə də o, razı deyil. Aktrisanın fikrincə, hər bir insan layiq olduğu pillədə oturub. Sənət yolunu seçən M.Əsədova klassikləri özünə örnək seçdiyini söylədi:

"Arzulayıram ki, Hökümə Qurbanova, Barat Şəkinskaya, Leyla Bədirbəylinin yolu ilə gedim. Onlar kimi teatr sənətində dəsti-xəttimi yaratmaq istəyirəm. Deyərdim ki, buna müəyyən qədər nail ola bilmişəm. Lakin bəzi insanların "özündən çox razıdır, və s." kimi fikriləri

ürəyimə hərdən toxunur. Mənə yaxın olan insanlar isə bilir ki, çox sadə və səmimiyəm. Bu bəzən başıma oyunlar açır. Sadəcə, xarici görkəmimə baxıb belə düşünürlər. Sənətimdən, istedadımdan, insani xarakterimdən çox razıyam. Ancaq insanlara qarşı elə deyiləm".

Xəbər lenti

Xəbər lenti