Azərbaycan, Bakı, 05 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti bəyan edib ki, Premyer-Liqada çıxış edən futbol klublarında əcnəbi oyunçularla bağlı limit tamamilə ləğv ediləcək.
"AFFA-nın İcraiyə Komitəsinin bu gün keçirilən iclasında limitin ləğv olunması barədə qərar veriləcək", şənbə günü AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib.
Trend -un arayışı: AFFA-nın qüvvədə olan qərarı ilə hazırda klublar hər oyunda 7 legionerdən istifadə edə bilər.
Abdullayev bildirib ki, əvvəllər Azərbaycana Afrikadan çoxlu oyunçular gətirilirdi, qoyulan limitə görə indi həmin oyunçuların bəziləri restoranlarda işləyir.
Abdullayev deyib ki, legioner oyunçuya görə, klubların AFFA-ya ödədiyi rüsum 2 dəfədən çox artırılacaq. Bu rüsumun 20 min manat olacağı planlaşdırılır.
İndi hər əcnəbi futbolçu üçün AFFA-ya 8 min manat rüsum ödənilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]