...

ABŞ həbsxanalarında rüşvət aldığı üçün cəza çəkən hakimlər var

Cəmiyyət Materials 10 İyul 2008 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul / Trend , muxbir K.Zərbalıyeva/ ABŞ həbsxanalarında rüşvət aldığı üçün cəza çəkən hakimlər var.

Trend -un məlumatına görə, ABŞ Apellyasiya Məhkəməsinin Baş Dairə hakimi John Ualker cümə axşamı keçirilən mətbuat konfransında təmsil etdiyi ölkənin məhkəmələrində rüşvət hallarının olduğunu bildirib.

Amerikalı hakim deyib ki, ABŞ -ın Cinayət Məcəlləsində hakimlərin rüşvət almasına görə məsuliyyət nəzərdə tutan maddələr var.

Ualkerin sözləriinə görə, ştatların məhkəmələrində belə faktlar aşkarlanarsa, federal məhkəməyə həmin hakim barəsində şikayət olunur.

Amerikalı hakim bildirib ki, hakimlərin əmək haqqı yüksək olmalıdır ki, onlar korrupsiyaya, rüşvətə meylli olmasınlar.

Azərbaycanda korrupsiya cinayətlərində ittiham olunaraq cinayət məsuliyyətinə cəlb olunmuş hakim yoxdur.

Son iki il ərzində Azərbaycanda 50 -dək hakim barədə intizam icraatı başlanılıb, o cümlədən, korrupsiya hüquqpozmalarına yol verdiklərinə görə, 3 nəfərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 3 nəfər isə, aşağı işə keçirilib..

Azərbaycanda hazırda 327 hakim fəaliyyət göstərir. Vakant hakim yerlərinin sayı isə, 200-dən artıqdır.

Məlumata görə, Azərbaycanda Konstitusiya Məhkəməsinin sədri 2300 manat əmək haqqı alır.

Ali Məhkəmənin sədri 1785 manat, hakimləri 1428 manat, Kollegiya sədrləri 1517 manat əmək haqqı alırlar.

Naxçıvan Ali və Apellyasiya Məhkəmələrinin sədrlərinin əmək haqqı Ali Məhkəmə sədrinin əmək haqqının 90, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin və Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin sədrinin əmək haqqı 80 faizini təşkil edir.

Digər məhkəmələrin sədrləri Ali Məhkəmə sədrinin əmək haqqının 60 faizi məbləğində əmək haqqı alırlar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti