...

Maltalı komissar Azərbaycan klubunun UEFA kubokundakı oyununda tablodan istifadə olunmasına icazə vermir – stadion direktoru

Cəmiyyət Materials 31 İyul 2008 12:16 (UTC +04:00)
Maltalı komissar Azərbaycan klubunun UEFA kubokundakı oyununda tablodan istifadə olunmasına icazə vermir – stadion direktoru

Azərbaycan, Bakı, 31 iyul / Trend , müxbir R.Ergün/ Maltadan olan futbol komissarı Azərbaycanın "Olimpik" klubu ilə Serbiyanın "Voyvodina" komandası arasında bu gün keçiriləcək UEFA kuboku oyununda tablonun işləməsinə icazə vermir. Bu barədə Trend -a cümə axşamı oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov məlumat verib.

Trend -un arayışı: Bəhramov adına stadionun tablosu bir müddət əvvəl yenisi ilə əvəzlənib. Yeni tablonun quraşdırılması çox vaxt tələb etdiyindən, "Neftçi", "İnter" və "Xəzər-Lənkəran" klubları avrokuboklardakı oyunlarını tablosuz stadionda keçiriblər.

İsmayılov bildirib ki, tablonun istifadəyə verilməsi üçün ona UEFA nümayəndəsi baxmalıdır. "Olimpik" - "Voyvodina" görüşünün komissarı tablodan istifadəyə icazə vermir. Amma hər halda, oyunun başlamasına iki saat qalmış bu məsələyə tam aydınlıq gətirəcəyik. Biz heç olmasa, tabloda hər iki komandanın heyətlərini yazaraq, azarkeşlərə göstərmək istəyirik", - deyə stadion direktoru əlavə edib.

"Olimpik" - "Voyvodina" oyunu bu gün saat 19.00-da başlayacaq.

Xəbər lenti

Xəbər lenti