...

Olimpiadada iştirak edən azərbaycanlı güləşçi məğlub olub

Cəmiyyət Materials 14 Avqust 2008 10:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanın yunan-roma güləşçisi Şalva Qadabadze Pekində keçirilən Olimpiadada məğlub olaraq, yarışı tərk edib.

Azərbaycanlı güləşçi macarıstanlı idmançı ilə görüşdə məğlub olub. O, 84 kq çəki dərəcəsində mübarizə aparıb.

Hazırda Olimpiadada çıxış edən Azərbaycan idmançılarının hesabında üç - bir qızıl, iki gümüş medal var. Qızıl medal cüdoçu Elnur Məmmədlinin, gümüş medallar isə yunan-roma güləşçiləri Rövşən Bayramovla Vitali Rəhimovun aktivindədir.

Hazırda Azərbaycan, medallarının sayına və əyarına görə Olimpiada iştirakçıları arasında 14-cü yerdədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti