...

Azərbaycanın regionunda sutəmizləyici qurğu istifadəyə verilib

Cəmiyyət Materials 26 Avqust 2008 19:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust / Trend müxbir C.Babayeva/ Azərbaycanın Saatlı rayonunun Əlisoltanlı kəndində bu gün müasir texnologiya əsasında, İtaliya, ABŞ, Almaniya və Belçika istehsalı olan avadanlıqlarla təchiz olunmuş sutəmizləyici qurğu istifadəyə verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən çərşənbə axşamı Trend -a verilən məlumata əsasən, gün ərzində 30 kubmetr su təmizləmə gücünə malik modul tipli qurğunun fəaliyyəti nəticəsində Əlisoltanlı kəndinin 1560 nəfər əhalisi 9 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edəcək.

Trend -un arayışı: Azərbaycan prezidentinin 2007- ci il 20 iyun tarixli, "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" sərəncamında Kür və Araz çaylarının suyundan içməli su kimi istifadə edən bir sıra yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi nəzərdə tutulub. Sərəncamın icrası nəticəsində keyfiyyətli su imkanları məhdud olan 100 kənddə modul tipli su təmizləyici qurğuların quraşdırılması hesabına 163 min kənd əhalisinə verilən suyun Ümumdünya Səhiyyə Təşkilatının normalarına uyğun təmizlənməsi nəzərdə tutulur.

Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində artıq 2007- ci ildə Yevlax, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan və Neftçala rayonlarının içməli sudan əziyyət çəkən 50 yaşayış məntəqəsinin 55 mindən çox əhalisi içməli su ilə təmin olunmuşdur.

Daha 12 rayonun 50 yaşayış məntəqəsinin keyfiyyətli su ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti