...

İnformasiya agentliklərinin əsas prinsipini maliyyə müstəqilliyi təşkil etməlidir – EANA-nın prezidenti

Cəmiyyət Materials 2 Sentyabr 2008 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 sentyabr / Trend , müxbir C.Babayeva/ İnformasiya agentliklərinin əsas prinsipi onların maliyyə müstəqilliyi olmalıdır. Bu barədə Avropa ölkələri xəbər agentlikləri alyansı - EANA-nın prezidenti, Avstriyanın APA agentliyinin baş direktoru Volfanq Vislozila bildirib.

"İnformasiya agentlikləri iqtisadi bazalarını genişləndirməlidir. Dövlətin ayırdığı vəsait az olmalı və agentlik dövlətdən asılı olmamalıdır", - deyə Asiya və Sakit okean ölkələrinin xəbər agentlikləri təşkilatı - OANA-nın İcra Komitəsinin çərşənbə axşamı Bakıda keçirilən iclasında çıxış edən alyans prezidenti bildirib.

Onun sözlərinə görə, EANA Azərbaycanın informasiya agentlikləri ilə əməkdaşlıqda maraqlıdır.

Təşkilatda hər ölkədən bir agentlik təmsil olunub. EANA-ya daxil olan informasiya agentliklərinin 30 faizindən çoxu qeyri-hökumət qrumudur və Avropada ən dinamik agentliklər kimi tanınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti