...

Azərbaycanın özəl telekanalları prezidentliyə namizədlərin təbliğatına bərabər şərait yaratmalıdır - MTRŞ sədri

Cəmiyyət Materials 2 Sentyabr 2008 13:51 (UTC +04:00)
Azərbaycanın özəl telekanalları prezidentliyə namizədlərin təbliğatına bərabər şərait yaratmalıdır - MTRŞ sədri

Azərbaycan, Bakı, 02 sentyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın Milli Televiziya və Radio Şurası (MTRŞ) prezidentliyə namizədlərin teledebatları ilə bağlı mövqeyini açıqlayıb.

"Teledabatlar siyasi təbliğat materialı deyil, kanalların öz verilişləri olmalıdır, ödənişli olmamalıdır", çərşənbə axşamı jurnalistlərə MTRŞ sədri Nurşirəvan Məhərrəmli bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası prezidentliyə 20 iddialının namizədliyini təsdiqləyib. Onlardan ikisinin namizədliyi rəsmən qeydə alınıb. Seçki Məsəlləsinə edilən əlavə və dəyişikliyə görə, prezidentliyə namizədlərin təbliğatı yalnız İctimai Televiziyada aparılacaq.

Məhərrəmlinin sözlərinə görə, siyasi təbliğatla bağlı diskusiyalar, tok-şouların televiziya kanalları və radiostansiyalarının öz verilişlərində olması daha doğru olardı.

"Bu materiallar siyasi təbliğat kimi deyil, sadəcə əhalini məlumatlandırmaq üçün istifadə oluna bilər. Çünki bu, reklam haqqında qanunun tələblərinə daxil deyil", - deyə o bildirib.

Onun bildirdiyinə görə, özəl telekanallarda prezidentliyə namizədlərin təbliğatı ilə bağlı qiymətləri həmin kanalların özləri müəyyənləşdirməlidir.

"Seçki Məcəlləsində bütün namizədlərə bərabər şəraitin yaradılması maddəsi əsas götürülməlidir", - Məhərrəmli bildirib.

Məhərrəmli bildirib ki, namizədlərə ayrılmış efir vaxtı onlar arasında bölünəcək. "Namizədlərin həmin vaxtdan necə istifadə edəcəkləri onların özlərindən asılı olacaq" MTRŞ sədri əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti