Azərbaycan, Bakı, 03 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanlı şahmatçı Teymur Rəcəbov İspaniyada təşkil olunan, "Böyük dəbilqə" adlanan beynəlxalq turnirdə keçirdiyi ilk görüşdə heç-heçə edib.
Bolqarıstanlı qrossmeyster Veselin Topalovla qarşılaşan Rəcəbov sonda xallarını rəqibi ilə yarı bölməyə üstünlük verib.
Turnirdə qələbə 3, heç-heçə isə 1 xalla qiymətləndirilir.
Turnirin mükafat fondu 400 min ABŞ dollarıdır. Birinci yeri tutan şahmatçının mükafatı 150 min dollar olacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]