Azərbaycan, Bakı, 12 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qarabağ" futbol klubu Türkiyədən olan mütəxəssislə müqavilə bağlayacaq. Bu barədə cümə günü Trend -a kluba yaxın mənbələr məlumat verib.
"Qarabağ"da fəaliyyət göstərəcək mütəxəssisin adı açıqlanmasa da, komandaya ümumi nəzarətin yeni məşqçiyə tapşırılacağı gözlənilir.
Ağdamı təmsil edən "Qarabağ"ın prezidenti "Azərsun Holdinq" şirkətinin rəhbəri olan Abdulbari Gözəldir.
Hazırda "Qarabağ" Azərbaycan Premyer-Liqasının turnir cədvəlində dörd xalla 10-cu pillədə yer alır.
Komandanın baş məşqçisi Qurban Qurbanovdur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]