...

"Xəzər-Lənkəran" ən yaxşı komanda olduğunu göstərəcək və Avropa meydanlarına yol açacaq-klubun fəxri prezidenti

Cəmiyyət Materials 17 Sentyabr 2008 10:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer Liqasında təmsil olunan "Xəzər-Lənkəran" klubunun fəxri prezidenti Mübariz Məsimovun Trend -a müsahibəsi

- "Palmali" Şirkətlər Qrupu idmana böyük diqqət göstərir. Azərbaycan futbolunda Sizin sözünüz keçir və necə düşünürsünüz, müvəffəqiyyətsizliklərə son qoymaq yolunda milli komanda üçün nə etmək lazımdır?

- Mən hesab edirəm ki, ölkənin idman infrastrukturuna sərmayələr yatırmaq lazımdır. Uşaq idmanına böyük diqqət yetirməklə, gənclər arasında bütün idman növlərini ikişaf etdirmək lazımdır və bu, təkcə futbola aid deyil.

- "Xəzər-Lənkəran" klubu Azərbaycanın futbol üzrə son çempionatının qalibi ola bilməyib. Sizin fikrinizcə, buna səbəb nədir və uğursuzluq yenidən təkrarlansa, hansı addımlar atılacaq?

- "Xəzər-Lənkəran" həmişə çempion titulu üçün çalışacaq. Şəxsən mən bunun üçün heç nə əsirgəmərəm."Xəzər-Lənkəran"ı Avropa turnirlərində daha böyük nailiyyətlər əldə edə biləcək komanda kimi görürəm. Yaxın illərdə komanda yüksək liqanın ən yaxşı klubu olduğunu göstərəcək və Avropa meydanlarına yol açacaq.

- Siz niyə "Xəzər-Lənkəran"nın baş məşqçisi vəzifəsinə məhz Rasim Karanı seçmisiniz? Kara əvvəllər bu komanadanın məşqçisi olub və onun vaxtında nəzərə- çarpacaq uğurlar əldə etmək mümkün olmayıb.

- Keçən dəfə mən Rasim Karanın komandadan getməsinə etiraz etmişəm. Mənim fikrimcə, bu adam, komandamızı beynəlxalq arenaya çıxara biləcək çox gözəl məşqçidir. Mən ona inanıram.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti