Azərbaycan, Bakı, 19 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın ikiqat Paralimpiya çempionu İlham Zəkiyev Çinin paytaxdı Pekində keçirilən yarışlarının çətin olduğunu deyib.
"Paralimpiada yarışlarında asan rəqib olmayıb. Çalışacağam ki, növbəti Paralimpiada da qızıl medal qazanım", - bu gün Pekindən qayıdan Paralimpiada iştirakçıları arasında ən böyük uğura imza atan Zəkiyev Trend - ə bildirib.
Azərbaycan Paralimpiadada on medal qazanıb; 5 bürünc, 3 gümüş, 2 qızıl medal.
Zəkiyev qeyd edib ki, qızıl medal qazanacağını gözləyirdi. "Bunu tək mən yox, bütün Azərbaycan xalqı gözləyirdi" - deyə çempion əlavə edİb.
Azərbacanlı idmançı 2004 - cü ildə Afina şəhərində keçirilən Paralimpiada da qızıl medal qazanıb.
Zəkiyevlə yanaşı, Pekin Paralimpiadada atlet Oloxan Musayev də qızıl medal qazanıb.