Azərbaycan, Bakı, 22 sentyabr / Trend , müxbir C.Babayeva/ Xarici ölkələrin Azərbaycandakı səfirlikləri ümumtəhsil məktəblərində xarici dillərin tədris keyfiyyətinin artırılmasına yardım edəcək. Bu barədə bazar ertəsi jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.
Onun sözlərinə görə, Təhsil Nazirliyi xarici dillərin tədris keyfiyyətindən razı deyil və bununla əlaqədar Rusiya, ABŞ, Fransa və digər dövlətlərin ölkəmizdəki səfirliklərinə müraciət edib. Səfirliklər xarici dil müəllimləri üçün treninqlər keçirəcək, həmçinin tədris ləvazimatlarının təminatına yardım göstərəcək.
Mərdanovun sözlərinə görə, Rusiyanın Təhsil Nazirliyi və səfirliyi Azərbaycan Təhsil Nazirliyinə yardımın göstərilməsinə hazır olduqlarını bildiriblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: trend