Azərbaycan, Bakı, 17 oktyabr / Trend , müxbir R.Ergün/ Şərqi Avropa Regional Antidopinq Təşkilatının (RADA) növbəti iclası Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. Bu barədə cümə günü Trend -a Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) mətbuat xidməti məlumat verib.
Oktyabrın 21-də keçiriləcək iclasda 12 ölkənin nümayəndə heyətinin iştirak edəcəyi gözlənilir.
RADA-nın iclasında dopinq haqqında qanunun, müxtəlif ölkələrin dopinq sahəsində problemlərinin müzakirə edilməsi, həmçinin, təşkilatın idarə heyəti şurasının tərkibinin artırılması nəzərdə tutulub.
RADA-nın iclası altı aydan bir keçirilir. Sonuncu belə iclas Rusiyada keçirilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]