...

Biz Müslüm Maqomayevi beləmi qarşılamalıydıq? – Azərbaycanın xalq artisti Xuraman Qasımova

Cəmiyyət Materials 29 Oktyabr 2008 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr/Trend Life,  müxbir Eldar Hüseynzadə/

Azərbaycanın xalq artisti Xuraman Qasımova Müslüm Maqomayev - böyük müğənninin sonuncu dəfə qarşılandığı "Binə" hava limanında onun haqqında danışarkən göz yaşlarını saxlaya bilmirdi.

"Müslüm haqqında kitablar yazmaq və film çəkmək lazımdır. Bu çox kədərli gündür. Biz onu beləmi qarşılamalıydıq? Müslüm çoxdandır Azərbaycana gəlməyi arzulayırdı. Əlbəttə, biz hamımız onu çox gözləyirdik. O, böyük müğənni - səhnənin kralı idi! O, Azərbaycanın qüruru idi. Öz yaradıcılığı ilə bütün dünyaya gözəllik, xoşbəxtlik yayırdı. Biz onun üçün darıxacağıq", - Qasımova Trend Life-a bildirib.

Maqomayev oktyabrın 24-dən 25-nə keçən gecə ürək dayanmasından 67 yaşında vəfat edib. Son illər o, ürək çatışmazlığından əziyyət çəkib. Əfsanəvi müğənni oktyabrın 29-da Bakıda Fəxri Xiyabanda dəfn ediləcək. Vida mərasimi oktyabrın 29-da saat 11.00-dan 15.00-dək Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected].

Xəbər lenti

Xəbər lenti