...

Azərbaycanın Mətbuat Şurası həbsdə olan jurnalistlərin əfvi xahişi ilə prezidentə müraciət edib

Cəmiyyət Materials 29 Oktyabr 2008 16:23 (UTC +04:00)
Azərbaycanın Mətbuat Şurası həbsdə olan jurnalistlərin əfvi xahişi ilə prezidentə müraciət edib

Azərbaycan, Bakı, 29 oktyabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycanın Mətbuat Şurası çərşənbə günü  həbsdə olan jurnalistlərin əfvi xahişi ilə prezidentə müraciət edib.

"Həbsdə olan jurnalistlər cəzalarının bir hissəsini çəkiblər. Onların öhdələrində ailələri, azyaşlı uşaqları, üzüntü keçirən ahıl valideynləri var. Bütün bunları nəzərə alan Şura prezidentdən onların azad edilməsinə yardım göstərməyi xahiş edir", - Şuranın müraciətində bildirilir.

Azərbaycanda aşağıdakı jurnalistlər həbsdədir - "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidov (5 il həbs cəzasına məhkum edilib), bu nəşrin əməkdaşı Mirzə Sakit (3 il), "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev (8 il 6 ay) və "Bizim yol" qəzetinin redaktoru Müşviq Hüseynov (5 il).

Həbsdə olan jurnalistlərin azad olunmaları ilə bağlı müraciət Azərbaycan jurnalistlərinin V qurultayının qətnaməsində də öz əksini tapıb. " Əfv fərmanlarında Mətbuat Şurasının prezidentə müraciətləri daim nəzərə alınıb. Şura əmindir ki, prezidentin humanizm aktları davam etdiriləcək", - müraciətdə deyilir.

Müəllifə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti