Azərbaycan, Bakı, 03 noyabr/ Trend , müxbir R.Ergün/ Türkiyənin "Boluspor" futbol klubunda çıxış edən İlqar Qurbanov yenidən Azərbaycan yığma komandasına dəvət oluna bilər. Bu barədə Trend -a yığma komandanın məşqçisi Elxan Abdullayev məlumat verib.
Türkiyənin birinci liqasında çıxış edən "Boluspor" sonuncu turda qələbə qazanıb. Komandanın yeganə qolunun müəllifi azərbaycanlı futblolçu olub.
Abdullayev bildirib ki, Qurbanovun "Boluspor"un heyətində uğurlu çıxış etməsi onun yığmaya dəvət olunmasına kömək edə bilər.
Azərbaycan yığması noyabrın 19-da, Bakıda Albaniya millisi ilə yoldaşlıq oyunu keçirəcək.
Abdlullayevin dediyinə görə, yığma komandanın almaniyalı baş məşqçisi Berti Foqts Bakıya noyabrın 8-də qayıdacaq.
Foqts Bəhreynlə səfərdə keçirilən yoxlama oyunundan sonra Almaniyaya gedib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]