Azərbaycan, Bakı, 21 noyabr/ Trend , müxbir D.İbrahimova/ Azərbaycan gimnastı Şakir Şixəliyev Almaniyada təlim keçəcək. Bu barədə 1992-ci il Barselonada keçirilən Yay Olimpiya Oyunları çempionu Valeri Belenki bildirib.
"Almaniya Gimnastika Federasiyası ilə razılaşma var. 18 yaşlı Şakir Şıxəliyev bir il müddətinə ora yollanacaq", - deyə Belenki bildirib.
Onun sözlərinə görə, idmançı hələ oktyabrda ora getməli idi, lakin viza ilə bağlı problem səbəbindən bu proses uzanıb.
Belenki 1992-ci ildə Azərbaycandan MDB yığmasının tərkibində Olimpiya çempionu olub. Elə həmin il o, indiyədək yaşadığı Almaniyada çıxış etmək və işləmək dəvəti alıb. Bu, onun son 16 il ərzində Azərbaycana ilk səfəridir.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]