Azərbaycan, Bakı, 25 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İnizam Komitəsi "Xəzər-Lənkəran" klubunu cəzalandırıb. Bu bardə çərşənbə axşamı Trend -a AFFA-nın mətbuat xidməti məlumat verib.
Azərbaycan Premyer-Liqasının 12-ci turu çərçivəsində keçirilən "Xəzər-Lənkəran" - "Qarabağ" oyunu zamanı azarkeşlər tərəfindən meydançaya plastik qablar, rəqib futbolçulara qəpik pullar atıldığına görə klub 2000 manat cərimələnib.
"Xəzər-Lənkəran" "Qarabağ"a 1:3 hesabı ilə uduzub. Oyundan sonra Lənkəranı təmsil edən klubun türkiyəli baş məşqçisi Rasim Kara istefa verib.
İntizam Komitəsi "İnter" klubunu da cəzalandırıb. Bakını təmsl edən komandanın 4 futbolçusu "Karvan"la oyunda sarı vərqə aldığı üçün klub 1000 manat cərimə olunub.
"İnter" "Karvan"a 2:1 heabı ilə qalib gəlib.
"İnter"in baş məşqçisi ukraynalı Valentin Xodukindir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]