Azərbaycan, Bakı, 27 noyabr/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının almaniyalı baş məşqçisi Berti Foqts dekabr ayında Bakıda keçiriləcək təlim-məşq toplanışına daha bir futbolçunu dəvət edib. Bu barədə cümə axşamı Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.
Mətbuat xidmətindən bildiriblər ki, Foqts 17 yaşlılardan ibarət yığma komandanın qapıçısı Anar Məhərrəmovu təlim-məşq toplanışına dəvət edib.
Yığma komandanın təlim-məşq toplanışı dekabr ayının 1-3-ü aralığında Bakıda keçiriləcək.
Baş məşqçi toplanışa 37 futbolçu dəvət edib. Komanda üzvləri yığmada olduqları müddətdə tibbi müayindən keçəcəklər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]