...

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatında iştirak üçün otuz bir ölkə ərizə verib

Cəmiyyət Materials 18 Dekabr 2008 14:26 (UTC +04:00)
Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatında iştirak üçün otuz bir ölkə ərizə verib

Azərbaycan, Bakı, 18 dekabr/ Trend , müxbir R.Ergün/ 2009 - cu il mayın 15 -17-də Bakıda keçiriləcək bədii gimnastika üzrə 25 - ci yubiley Avropa çempionatında iştirak üçün otuz bir ölkə ərizə verib.

Bunlar Avstriya, Belçika, Belarus, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Estoniya, Finlandiya, Fransa, Böyük Britaniya, Almaniya, Yunanıstan, Macarıstan, İsrail, İtaliya, Latviya, Litva, Moldova, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Sloveniya, Slovakiya, İsveç, Ukrayna və Azərbaycandır. Bu barədə Azərbaycan Gimnastika Federasiyasına Avropa Gimnastika İttifaqının (UEG) Lozannada yerləşən Katibliyindən məlumat verilib.

Onlardan 30 ölkənin gimnastları fərdi turnirdə çıxış edəcək, Avropanın 18 komandası isə, yunior qrup sekstetləri yarışmasında mübarizə aparacaqlar.

Hər ölkə, bir ehtiyat idmançı olmaqla, üç fərdi gimnast və qrup tapşırıqlarında yunior komanda ilə təmsil oluna bilər.

Avro-2009 - un ilkin cədvəlində bildirilir ki, çempionatın ilk iki günündə (15 -16 may) komanda hesabında Avropa çempionu müəyyən olunacaq. Yarışın sonuncu günündə isə, beş lent ilə qrup tapşırıqlarında ən yaxşı yığma və ayrıca finallarda isə (ip, qurşaq , top və lent) fərdlər arasında qaliblər məlum olacaq.

Bakıda keçiriləcək Avro-2009 yeni olimpiya dövrəsində ilk mühüm yarış olacaq. Artıq çətinləşən ənənələr üzrə qitənin ən yaxşı gimnastlarının yarışı Heydər Əliyev adına İdman - Konsert Kompleksində keçiriləcək.

Bakı tamaşaçısı dünya bədii gimnastika ulduzları ilə görüşmək üçün nadir imkan qazanacaq, Pekin Olimpiadasının iştirakçıları və qaliblərinin parlaq çıxışlarını görəcək, şövqlü və sevincli qələbələri hiss edəcəklər. Bu həm də bütün "bədii gimnastika" pərəstişkarları üçün müxtəlif ölkələrin bədii gimnastika məktəblərinin son nailiyyətlərini - yeni proqram və ünsürləri görmək imkanıdır.

Bakıda keçiriləcək Avropa çempionatının rəsmi loqotipi --Azərbaycanın milli bayrağının rənglərindən istifadə olunmuş "Emosiyalar cərəyanı" adlandırılıb. Axı, çempionat təkcə idman tədbiri deyil, Bakı üçün əhəmiyyətli hadisə, idmançılar üçün isə ümidlərin reallaşdığı, yeni "ulduzlar"ın parladığı meydandır.

Burada uzunmüddətli məşqlərin və gözləmələrin xoş sonluğu baş verir.Burada arzular, ümidlər və emosiyalar var.

Gimnastların Bakıda keçiriləcək Avropa turnirinin talismanı şən və yaraşıqlı gözəl seçilib.

Avro-2009-un Bakı talismanı "Gözəl" adlandırılıb, o, çempionat boyu bütün iştirakçıları sevindirəcək və müşayiət edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti