Azərbaycan, Bakı, 12 yanvar/ Trend , müxbir R.Ergün/ Azərbaycanlı futbolçu İlqar Qurbanovun çıxış etdiyi Türkiyənin "Boluspor" klubu hücumçu problemini həll edib. Bu barədə bazar ertəsi Türkiyə mətbuatı xəbər verib.
Türkiyənin birinci liqasında çıxış edən "Boluspor" "İstanbul Böyükşehir Belediyyespor" klubunun hücumçusu Uğur İşıkal ilə il yarımlıq müqavilə bağlayıb.
"Boluspor" klubu uzun müddət idi ki, hücumçu axtarırdı. Türkiyə Super Liqasına vəsiqə qazanmaq istəyən komandanın ən böyük problemlərindən biri hücumçu mövqeyi ilə bağlı idi.
Qurbanov "Boluspor"a "Sivasspor" klubundan keçib. O, əvvəllər Türkiyənin "Fənərbaxça", Azərbaycanın "Xəzər-Lənkəran" klublarında çıxış edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]