...

Türkiyənin voleybol klubu CEV kubokunda Rusiya komandasına məğlub olub

Cəmiyyət Materials 15 Yanvar 2009 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar/ Trend , müxbir R.Ergün/ Azərbaycanlı voleybolçu Valeriya Korotenkonun çıxış etdiyi Türkiyənin "Fənərbaxça Acıbadem" klubu CEV kubokunda Rusiyanın "Spartak" (Omsk) komandasına məğlub olub.

Rusiyada keçirilən görüşdə Türkiyə komandası ilk setdə qələbə qazansa da, sonrakı üç setdə "Spartak" daha güclü olub -3:1.

"Fənərbaxça Acıbadem"lə "Spartak" arasında cavab oyunu yanvarın 21-də Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Korotenko voleybol üzrə Azərbaycan yığma komandasının liberosudur. O, "Fənərbaxça Acıbadem" komandasından əvvəl Bakının "Azərreyl" klubunda çıxış edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti