...

Azərbaycan paytaxtında yeni stadion tikilir

Cəmiyyət Materials 4 Fevral 2009 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir R.Ergün/ Azərbaycanın Mərkəzi Ordu İdman Klubuna (MOİK) məxsus stadionun inşası davam edir. Trend Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu barədə MOIK-in prezidenti Natiq Əliyev bildirib.

Klub prezidenti PFL-in saytına açıqlamasında deyib ki, tribunaların tikintisi başa çatmaq üzrədir. 8000 plastik oturacaq, həmçinin süni örtük xaricdən Bakıya gətirilib.

Əliyevin sözlərinə görə, stadionun tikintisi bu ilin may-iyun aylarında başa çatacaq. Bütün kompleks isə 2011-ci ildə istifadəyə veriləcək.

MOİK hazırda Azərbaycan Premyer-Liqasının oyunlarını "Şəfa" stadionunda keçirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti