...

Azərbaycan və Gürcüstan futbol yığmaları arasında oyunun keçirilməsində problem yaranıb

Cəmiyyət Materials 18 Fevral 2009 12:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir R.Ergün/ Futbol üzrə 21 yaşlılardan ibarət Azərbaycan yığma komandası ilə Gürcüstan millisi arasında keçirilməsi nəzərdə tutulan yoldaşlıq oyunu baş tutmayacaq. Bu barədə çərşənbə günü Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Azərbaycanla Gürcüstan yığmaları arasında görüş fevralın 25-də Gürcüstanda keçirilməli idi.

Oyunun keçirilməməsinin səbəbi Gürcüstanda ölkə çempionatının təqvimində dəyişikliklər edilməsi ilə bağlıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti