...

Azərbaycan İslam mədəniyyətinin inkişafında önəmli rol oynayır – Böyük Britaniyanın Müsəlman Şurasının rəhbəri

Cəmiyyət Materials 18 Fevral 2009 16:33 (UTC +04:00)
Azərbaycan İslam mədəniyyətinin inkişafında önəmli rol oynayır – Böyük Britaniyanın Müsəlman Şurasının rəhbəri

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir Ü. Sadıqova/ Bakının 2009-cu il islam mədəniyyətinin paytaxtı seçilməsi islam mədəniyyətinin inkişafına öz töhfəsini vermək və onu qiymətləndirmək üçün Azərbaycana çox gözəl imkan verir. Bu barədə Trend -a Böyük Britaniyanın Müsəlman Şurasının (Muslim council of Britain) Baş katibi Məhəmməd Abdul Bari (Mohammad Abdul Barri) bildirib.

"Azərbaycanın strateji mövqeyini və onun islam mədəniyyətinin inkişafına verdiyi əhəmiyyətli töhfələri nəzərə alaraq Azərbaycan müsəlman dünyasında mühüm rol oynaya bilər", - Trend -a elektron poçt ilə doktor Əbdül Bari bildirib. 

Bu gün respublika paytaxtında Heydər Əliyev adına sarayda Bakının 2009-cu il İslam Mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı mərasim keçirlib.

Bu haqda qərar 2007-ci ilin noyabrında, Tripolidə İslam Konfransı Təşkilatının (İKT) üzv ölkələrinin mədəniyyət nazirlərinin beşinci konfransında qəbul olunub.

Çərşənbə günü keçirilən rəsmi mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, İSESKO-nun Baş katibi Əbduləziz bin Osman əl-Tüveycri, islam ölkələrindən dörd nazir və nazir müavini, beynəlxalq təşkilatların, Avropa paytaxtlarının, Lints və Bakının qardaş Hyuston şəhərinin nümayəndələri iştirak edirlər.

Bari bildirib ki, Azərbaycan regionun digər müsəlman ölkələri kimi islam mədəniyyəti və incəsənətinin inkiaşfı tarixində görkəmli yer tutur. Belə ki, müqəddəs hədislərə və hüquqi sənədlərə görə ilk islam alimləri bu regiondan çıxıb.

Buna görə, Barinin fikrincə, islamın inkişafında öz rolunu sübut etmək və qiymətləndirmək üçün (Bakının islam paytaxtı seçilməsi ilə) Azərbaycanın əlinə əla şans düşüb.

Bakıda islam mədəniyyət ili çərçivəsində milli və beynəlxalq səviyyədə 100-dən çox tədbir həyata keçirilməsi nəzərdə tutulub.

Tədbirin loqotipi və bayrağı azərbaycanlı rəssam və dizayner tərəfindən hazırlanıb. Loqoda Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi və ölkənin diqqətəlayiq abidələrindən olan Azərbaycan xalçası və Qız qalası təsvir olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti