...

"Linares" superturnirində iştirak edən azərbaycanlı şahmatçı növbəti dəfə məğlub olub

Cəmiyyət Materials 23 Fevral 2009 11:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir R.Ergün/ İspaniyada keçirilən "Linares" superturnirində iştirak edən azərbaycanlı şahmatçı Teymur Rəcəbov növbəti dəfə məğlub olub. Bu barədə bazar ertəsi Trend -a Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat verib.

Rəcəbov turnirin 4-cü turu çərçivəsində rusiyalı Aleksandr Qrişukla görüşdə məğlub olub.

Azərbaycanlı şahmatçı superturnirin ilk turunda hindistanlı qrossmeyster Vişvanatan Anandla görüşdə də məğlub olmuşdu.

Hazırda hesabında 1 xalı olan Rəcəbov Cini təmsil edən Van Yue ilə 7-8-ci yerləri bölüşür.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti