...

Avropa İnsan Hüquqları Məhkəməsi online ərizə formasını sınaqdan keçirir

Cəmiyyət Materials 25 Fevral 2009 11:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Avropa İnsan Hüquqları Məhkəməsi online ərizə formasını sınaqdan keçirir.

Trend -un məlumatına görə, Avropa Məhkəməsinin internet saytının yaydığı məlumatda qeyd olunur ki, internet vasitəsilə məhkəmənin internet saytından doldurula bilən online ərizə forması hazırlanıb. İlkin olaraq online ərizə sistemi ancaq İsveç və Danimarka üçün mövcud olan ərizələrdən istifadə edən şəxslər üçün tətbiq ediləcək.

Sınaq müddətinin sonunda eksperimentin nəticəsindən asılı olaraq ərizə forması Avropa Şurasının üzvü olan digər dövlətlərin rəsmi dillərində də hazırlana bilər.

Ərizə bir sıra üstünlüklərə malikdir. Belə ki, ərizəçi istədiyi halda ərizənin doldurulmasını saxlaya və istədiyi zaman davam edə bilər. Ərizə tam olaraq hazır olduqdan sonra ərizəçi onu qeydiyyatdan keçirə bilər.

Daha sonra avtomatik olaraq ərizəçiyə PDF formatında hazır ərizə göndəriləcək. Ərizəçi bu ərizəni çap etməli və imzalayaraq bütün əlavələrlə, qeyd edilən müddət ərzində Məhkəməyə göndərməlidir.

Azərbaycan parlamenti hələ 1992-ci ilin yanvarın 24-də "xüsusi dəvət edilmiş qonaq" statusu almaq üçün AŞ-yə müraciət etmişdi.

Azərbaycan birinci dəfə 1996-cı ildə AŞ-nin Venesiya Komissiyasına üzv qəbul edilib.

Nəhayət 2001-ci ilin yanvarın 17-də Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti