...

Türkiyəli tələbələrin NDU-da təhsil almasına əngəl olacaq heç bir səbəb yoxdur - TQDK sədri

Cəmiyyət Materials 11 Mart 2009 21:49 (UTC +04:00)
Türkiyəli tələbələrin NDU-da təhsil almasına əngəl olacaq heç bir səbəb yoxdur - TQDK sədri

Azərbaycan, Naxçıvan, 11 mart / Trend , müxbir E.Məmmədov/ Bu gün Naxçıvan Dövlət Universitetində Türkiyə Respublikası Ali Təhsil Şurasının (Yüksek Öğretim Kurulu-YÖK)  nümayəndə heyəti ilə görüş zamanı Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin sədri Məleykə Abbaszadə bildirib ki, türkiyəli tələbələrin Naxçıvan Dövlət Universitetində (NDU) təhsil almasına əngəl ola biləcək heç bir səbəb yoxdur. Onun sözlərinə görə, əksinə burada hər cür şərait yaradılıb.  
Öz növbəsində YÖK sədrinin müavini, professor doktor İzzet Özgenç bildirib ki, Naxçıvan Dövlət Universitetini dəvəti ilə ikigünlük səfər zamanı araşdırmalar aparılacaq. "Əgər türkiyəli tələbələrin NDU-da təhsil almasına heç bir ciddi maneə olmayacağı təsdiq edilərsə, bundan sonra türkiyəli tələbələrin buraya qəbuluna qoyulan qadağa aradan götürüləcək və qəbula razılıq veriləcək" - deyə o vurğulayıb. 
NDU-nun rektoru İsa Həbibbəyli iki qardaş ölkə arasındakı əlaqələrin sürətlə inkişaf etdiyi bir dövrdə türkiyəli tələbələrin bu ali məktəbə qəbulunun dayandırılmasının əsassız olduğunu qeyd edib.
Qeyd edək ki, Türkiyənin Yüksek Öğretim Kurulu bu ildən etibarən türkiyəli tələbələrin Naxçıvan Dövlət Universitetinə qəbuluna qadağa qoyub.

Xəbər lenti

Xəbər lenti