...

Azərbaycanda narkotika cinayətində ittiham olunan 14 nəfərlik dəstə üzvlərinə prokuror iş istəyib

Cəmiyyət Materials 30 Mart 2009 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunan Bakının sabiq prokuroru Ədalət Mirsalamovun, Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun və xalq artisti İlhamə Quliyevanın övladlarının da daxil olduğu 14 nəfərlik dəstənin üzvlərinə prokuror iş istəyib.

Trend -a Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən verilən məlumata görə, bazar ertəsi keçirilən prosesdə prokuror çıxış edib.

Trend -un arayışı: Orxan Nadirov, Mahir Mirsalamlı, Yalçın Həsənov, Elşən Rüstəmov, Əli İsmayılov, Zubiyə Qulami, Vüqar Əliyev, Cavidan Əliyev, Ramin Həsənov, Kamilə Eyvazova, Elşən Budaqov, Həsən Həsənov, Mirəli Əliyev və digərləri Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci  (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurlar. Təqsirləndirilən şəxslər ötən ilin mayında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs ediliblər.Onlardan narkotik vasitə olan "ekstazi" aşkarlanıb.

Prokuror dəstə üzvləri Yalçın Həsənova 9, Həsən Həsənov, Ruslan Rüstəmovun hər birinə 8, Ruslan Zalıyev, Vüqar Əliyev, Cavid Əliyevə 5, Kamilə Eyvazovaya 1 il, Ramin Həsənov, Elşən Budaqov, Mirəli Əliyevə 1 il 6 ay, Zubayə Qulamiyə 7 il 3 ay, Əli İsmayılova 8 il 6 ay azadlıqdan məhrumetmə cəzasının verilməsini istəyib.

Prokuror xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun əməlinin Cinayət Məcəlləsinin cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə (307) maddəsi ilə tövsif olunmasını, həbsdə olduğu müddətin cəza müddətinə hesablanaraq məhkəmə zalından azad olunmasını istəyib.

Proses günü ikinci yarısında vəkillərin çıxışı ilə davam edəcək.

Ötən proseslərdə məhkəmə Mirsalamovun ağır xəstə olmasını əsas gətirərək onun barəsindəki cinayət işini ümumi işdən ayırmaq və cinayət işinin icraatını dayandırmaq barədə qərar qəbul edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti