...

Aprelin birindən etibarən Böyük Britaniyada tələbə vizalarının alınması sistemi tətbiq olunacaq

Cəmiyyət Materials 1 Aprel 2009 14:33 (UTC +04:00)
Aprelin birindən etibarən Böyük Britaniyada tələbə vizalarının alınması sistemi tətbiq olunacaq

Azərbaycan, Bakı, 01 aprel / Trend , müxbir E.Rüstəmov /

Aprelin 1-dən etibarən Böyük Britaniyada tələbə vizalarının alınması sistemi tətbiq olunacaq. TIER-4 sistemi Avropa İttifaqı ölkələri, İslandiya və Lüksemburqdan başqa bütün ölkələrdə fəaliyyət göstərəcək. Bu barədə çərşənbə günü Böyük Britaniyanın Azərbaycandakı səfiri Karolin Braun bildirib.

Onun sözlərinə əsasən, ötən il Böyük Britaniyada 358 min əcnəbi tələbə təhsil alıb. Təhsil zamanı çoxlarının tələbə vizalarından başqa məqsədlərlə istifadə etməsi səbəbindən Böyük Britaniya hökuməti bu sistemi təkmilləşdirmək qərarına gəlib.

Viza almaq üçün pasport, ali məktəbdən alınmış ərizə, maliyə imkanları və ali məktəbə daxil olmanı təsdiqləyən sənədlər vacibdir. Sənədlər Böyük Britaniya səfirliyinə təqdim edilməli və barmaq izinin götürüldüyü tarix təyin edilməlidir. Tələbə vizasının dəyəri 182 manat təşkil edir.

Viza məsələləri üzrə sərhəd xidmətlərinin xüsusi nümayəndəsi Yan Anderfilin sözlərinə əsasən, ötən il uzunmüddətli tələbə vizalarının alınması üçün 260 azərbaycanlı müraciət edib ki, onların da 215-i viza alıb. Qısamüddətli tələbə vizasının alınması üçün isə 590 azərbaycanlı müraciət edib ki, onlardan 440 nəfəri viza ilə təmin olunub.

Xəbər lenti

Xəbər lenti