...

Avropa Məhkəməsi ilə Azərbaycan Hökuməti arasında parlament seçkiləri üzrə daha bir şikayətlə bağlı kommunikasiya başlayıb

Cəmiyyət Materials 9 Aprel 2009 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Avropa İnsan Hüquqları Məhkəməsi ilə Azərbaycan Hökuməti arasında Klassik Xalq Cəbhəsi Partiyasının sədrinin işi üzrə kommunikasiya başlayıb, - cümə günü Trend -a ərizəçi hüquqlarının Avropa Məhkəməsində müdafiəsini həyata keçirən İntiqam Əliyev məlumat verib.

Əliyev bildirib ki, şikayət 2005-ci ilin təkrar parlament seçkiləri ilə bağlıdır.

Avropa Məhkəməsi partiya sədri Mirmahmud Fəttayevin şikayəti ilə bağlı dövlətə sorğu göndərib və cavab üçün bu il iyul ayının 15-nə qədər vaxt verilib.

Fəttayev 13 may 2006-cı ildə Milli Məclisə təkrar seçkilərdə 42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədliyini irəli sürüb.

Bu dairədən seçkilərin yekunlarına görə Yeni Azərbaycan Partiyasının nümayəndəsi Məcid Kərimov qalib gəlib.

42 saylı Sumqayıt ikinci seçki dairəsində təkrar seçkilər kütləvi qanun pozuntuları şəraitində keçirilib.

Baş verən pozuntularla bağlı DSK-ya və MSK-ya müraciətlər nəticəsiz qalıb.

Partiya sədri 42 saylı seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğv edilməsi və seçki qanunvericiliyinin tələblərini pozan vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə hüquq-mühafizə orqanlarına müraciət edilməsi ilə bağlı MSK-ya 2006-cı il mayın 16-da şikayət verib. MSK şikayətə baxıb və onun əsassız oduğuna görə təmin edilməməsi barədə qərar verib.

Ərizəçi MSK-nın həmin qərarından apellyasiya şikayəti versə də yerli məhkəmələr onun şikayətini təmin etməyib.

Ərizəçi Avropa Məhkəməsinə göndərdiyi şikayətdə İnsan Haqları və Azadlıqları haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 3-cü (azad seçki hüququ), Konvensiyanın 13-cü (səmərəli müdafiə vasitələrinə olan hüquq), 14-cü (ayrı-seçkiliyə məruz qalmamaq hüququ) və Konvensiyanın 1 saylı Protokolunun 1-ci (mülkiyyət hüququ) maddələri ilə nəzərdə tutulan hüquqlarına əsassız müdaxilə baş verdiyini iddia edir.

Bundan öncə parlament seçkiləri ilə bağlı daha 16 iş üzrə Avropa Məhkəməsi ilə Azərbaycan Hökuməti arasında kommunikasiya başlamışdı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti