...

Həbsdə olan qadınların həyat şəraiti yaxşılaşdırılmalıdır - Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü

Cəmiyyət Materials 28 Aprel 2009 22:18 (UTC +04:00)
Həbsdə olan qadınların həyat şəraiti yaxşılaşdırılmalıdır - Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü

Fransa, Strasburq, 28 aprel / Trend , müxbir A.Məhərrəmli/ Bu gün AŞPA-nın yaz sessiyası çərçivəsində "Məhbus qadınlar" adlı məruzənin müzakirəsi zamanı AŞPA-nın Hüquqi Məsələləri və İnsan Haqları Komissiyasının məruzəçisi, Azərbaycan nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəyli çıxış edib.

Millət vəkili bu məsələnin önəmli olduğunu bildirərək azadlıqdan məhrum olunmuş qadınların həyat şəraitini daha da yaxşılaşdırmaq üçün AŞ İşgəncələr Əleyhinə komitəsinin bununla bağlı irəli sürdüyü tövsiyələrin nəzərə alınmasının vacibliyini vurğulayıb.

O həbsdə olan qadınların, xüsusilə də hamilə qadınların həyat şəraitinin yaxşılaşdırılmasının, onlara lazımi tibbi yardımın göstərilməsinin əhəmiyyətini önə çəkib.

"Bununla biz həmin qadınların və onların uşaqlarının gələcəyinə öz töhfəmizi vermiş olarıq" - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti