...

Azərbaycanda dini icmanın rəhbəri barəsində cinayət işi açılıb

Cəmiyyət Materials 4 May 2009 14:41 (UTC +04:00)
Azərbaycanda dini icmanın rəhbəri barəsində cinayət işi açılıb

Azərbaycan, Bakı, 04 may / Trend , müxbir K.Zərbalıyeva /

Yasamal rayon Dini İcmasının rəhbəri barəsində cinayət işi açılıb. Dini İcmanın rəhbəri Mirvaleh Mövsümov torpaq sahəsini özbaşına tutmaqda (torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma) ittiham olunur.

Dini İcmanın nümayəndəsi, vəkil Muxtar Mustafayev bazar ertəsi Trend -a bildirib ki, Yasamal Rayon Polis İdarəsində məhkəmənin xüsus qərardadı ilə Mövsümov barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Vəkilin sözlərinə görə, Mövsümov Məhəmməd Peyğəmbər məscidinin yerləşdiri ərazidə 9 kvadrat metr torpaq sahəsini zəbt etməkdə təqsirləndirilir.

Mustafayev qeyd edib ki, Yasamal rayon məhkəməsinin ötən ilin noyabrında çıxardığı xüsusi qərardad hüquqi qüvvəyə minməyib.

Vəkilin sözlərinə görə, həmin qərardaddan və məhkəmənin qətnaməsindən apellyasiya şikayəti verilib və şikayətə mahiyyəti üzrə baxılmadığından Mövsümov barəsində cinayət işinin açılması qanunsuzdur.

Trend -un arayışı: Yasamal rayon məhkəməsi ötən il noyabrın 28-də Yasamal rayon  İcra Hakimiyyətinin iddiası əsasında, Murtuza Muxtarov  küçəsi, 190 ünvanında yerləşən  Məhəmməd Peyğəmbər məscidinin sökülməsi barədə qətnamə çıxarıb.

Məhkəmə qətnaməsi onunla əsaslandırılıb ki, qeyd edilən ünvanda "təyinatı məlum olmayan qeyri-yaşayış sahəsi" tikilib.

Məscid nümayəndələri Bakının Yasamal rayon məhkəməsinin qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə şikayət veriblər.

Şikayətdə qətnamənin tamamilə əsassız və qanunsuz olması səbəbindən ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılması xahiş olunur.

Məscid məhkəmə qətnaməsi hüquqi qüvvəyə minmədən aprelin 26-da yasamal Rayon İcra Hakimiyyəti tərəfindən sökülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti