...

Azərbaycan domino üzrə dünya çempionatında iştirak edəcək

Cəmiyyət Materials 7 May 2009 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan mayın 12-dən 14-dək Sankt-Peterburqda keçiriləcək domino üzrə dünya çempionatında iştirak edəcək.

Azərbaycan Domino Federasiyasından cümə axşamı Trend -a bildiriblər ki, dünya birinciliyində Azərbaycanı Rəhman Ələkbərov, Mehman Məmmədli, Pərviz Əsgərov və Məzahir Həsənov təmsil edəcəklər.

Çempionat çərçivəsində həmçinin Beynəlxalq Domino Federasiyasının Konqresi də keçiriləcək.

Konqresdə domino yarışlarının keçirilməsi metodikasının yaxşılaşdırılması, beynəlxalq turnirlərin intensiv keçirilməsi perspektivləri müzakirə ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti