...

Bakı metropoliteni bu il 15 vaqon alacaq

Cəmiyyət Materials 7 May 2009 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 may / Trend , müxbir E.İsmayılov /

Bakı metropoliteni "Metrovaqonmaş" MMC-nin istehsalı olan 15 yeni vaqon alacaq. Bu barədə cümə axşamı Bakı metropoliteninin rəhbəri Tağı Əhmədov bildirib.

"Biz vaqon istehsalçısını dəyişdirməyi planlaşdırmırıq. Qatarlar "Metrovaqonmaş"dan alınacaq. Bu il 15 vaqonun alınması nəzərdə tutulub", - deyə Əhmədov bildirib.

Bundan öncə Azərbaycana metro vaqonları 2008-ci ildə tədarük olunub. O zaman Bakı metropoliteninə 35 vaqon təhvil verilmişdi. 2007-ci ildə Bakı metropoliteni 25 vaqon alıb.

"Metrovaqonmaş" Mıtişşin zavodu artıq 30 ildən artıqdır ki, Bakı metropoliteni üçün vaqon tədarük edir.  Moskvaətrafı müəssisədə istehsal olunan vaqonlar Bakı metropoliteni parkının 80 faizini təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti