...

İspaniya futbol yığmasının yarımmüdafiəçisi Azərbaycan kollektivinin oyununu maraqlı hesab edir

Cəmiyyət Materials 8 İyun 2009 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyun / Trend , müxbir Ü.Sadıxova /

İspaniya futbol yığmasının yarımmüdafiəçisi, "Barselona"nın heyətində Çempionlar Liqasını qazanmış Serxio Buskets Azərbaycan kollektivinin oyununu maraqlı hesab edir.

"Azərbaycan yığması əvvəlcə bütün komanda ilə müdafiə olunur, sonra gözlənilmədən hücuma keçir", - bazar ertəsi Bakıdakı mətbuat konfransında Buskets, Azərbaycan - İspaniya oyununa bir gün qalmış bildirib.

Onun sözlərinə görə, Azərbaycanla matç ispanlar üçün böyük əhəmiyyət daşıyır. 

"Bizim üçün hər oyun vacibdir. Biz Konfederasiyalar Kubokuna hazırlaşırıq. Bizim üçün rəqibin kimliyinin fərqi yoxdur - Braziliya, İtaliya, Yeni Zelandiya və ya Azərbaycan. Biz hər oyuna hazırlaşırıq", - Buskets deyib.

Xəbər lenti

Xəbər lenti