...

Azərbaycan Prezidenti yanında fond KİV-ə 1 milyon 100 min manat vəsait verəcək

Cəmiyyət Materials 25 İyun 2009 12:36 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında fond KİV-ə 1 milyon 100 min manat vəsait verəcək

Azərbaycan, Bakı, 25 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bu il müsabiqə layihələrinə 1milyon 100 min manat maliyyə vəsaiti verəcək.

"Dövlət büdcəsindən ayrılan pulun qalan 200 min manatı fondun özünün xərcləri üçün nəzərdə tutulub", - cümə axşamı Trend Xəbərlər Şirkətində keçirilən tədbirdə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərov bildirib.

Trеnd Nеws-un аrаyışı: Azərbaycan Prezidenti İlham Əliyev bu il aprelin 3-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılması haqda fərman imzalayıb. Fondun xərcləri hər il dövlət büdcəsində ayrıca göstəriləcək.

2009-cu ilin büdcəsində mətbuata yardım üçün 1.3 milyon manat ayrılması nəzərdə tutulur.

Azərbaycan Prezidenti keçən il də 38 qəzet və informasiya vasitəsinin hər birinə 5 000 manat yardım ayırmışdı.

Səfərovun sözlərinə görə, 2009-cu ildə dövlət büdcəsindən fonda az maliyyə vəsaiti ayrıldığından kütləvi informasiya vasitələrinə subsidiyaların, uzunmüddətli kreditlərin verilməsi nəızərdə tutulmur. "Müsabiqədə iştirak etmək istəyən kütləvi informasiya vasitələri iyulun 1-dən 30-na qədər müvafiq sənədləri fonda təqdim etməlidir. Hər bir müsabiqə qalibinə yalnız 20 min manat maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub", - fondun rəhbəri əlavə edib.

Səfərov deyib ki, builki müsabiqə 11 istiqamət üzrə keçiriləcək.

Azərbaycanda 3300-dən çох kütləvi infоrmаsyiа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 20-dən yuхarı tеlеkаnаl fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti