...

Heydər Əliyev Fondu Bakıdakı Müqəddəs Məryəm kilsəsinin yenidənqurma işlərini tamamlayıb

Cəmiyyət Materials 7 İyul 2009 16:07 (UTC +04:00)
Heydər Əliyev Fondu Bakıdakı Müqəddəs Məryəm kilsəsinin yenidənqurma işlərini tamamlayıb

Azərbaycan, Bakı, 07 iyul / Trend , müxbir Ü.Sadıxova / 

Heydər Əliyev Fondu "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində Bakıdakı Müqəddəs Məryəm kilsəsində apardığı yenidənqurma işlərini başa çatdırıb. Layihə Heydər Əliyev Fondu və Roma Katolik dini icması arasında razılaşdırılmış əməkdaşlıq çərçivəsində həyata keçirilib. Bu barədə Trend -a fonddan bildirilib.

Fondun dəstəyi ilə kilsəsinin asma tavanı bədii şüşələrlə əvəz edilib, məbədin fasadı dəyişdirilib.

Dini-tarixi abidələrin bərpasına xüsusi önəm verən Heydər Əliyev Fondu 2006-cı ildən ölkə ərazisində müxtəlif dini-mədəni abidələrin yenidənqurma işlərini həyata keçirir. 

2007-ci ildə fond "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində Buzovna məscidi ilə yanaşı, ölkədə fəaliyyət göstərən katolik və pravoslav kilsələrində yenidənqurma işləri ilə bağlı qərar verib.

2008-ci ildə Bakıdakı Pravoslav kilsəsində təmir-bərpa işləri aparılıb.

2009-cu ildə isə Strasburq Kafedral kilsəsinin XIV əsrə aid olan beş pəncərə şəbəkəsinin bərpasına töhfə vermək məqsədi ilə Heydər Əliyev Fondu kilsəyə maliyyə yardımı ayırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti