...

Azərbaycanın xüsusi təyinatlı ali məktəblərinə sənəd verən abituriyentlərin imtahan nəticələri açıqlanıb

Cəmiyyət Materials 15 İyul 2009 16:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul / Trend /A.Hüseynbala/

Azərbaycanın xüsusi təyinatlı ali məktəblərinin I ixtisas qrupuna daxil olan ixtisasları üzrə sənəd verən abituriyentlərin imtahan nəticələri məlum olub.

"2009/2010-cu tədris ili üçün Fövqəladə Hallar Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına sənəd vermiş abituriyentlər arasında I ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən müsabiqə keçirilib", - çərşənbə günü Trend -a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən bildirilib.

Fövqəladə Hallar Nazirliyinin "Fövqəladə hallar və həyat təhlükəsizliyi" ixtisasına keçid balı 219, "Yanğın təhlükəsizliyi" ixtisasına isə keçid balı 161 olub. "Milli Təhlükəsizlik Nazirliyinin I ixtisas qrupuna daxil olan "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" ixtisasına keçid balı 261 bal olub", - məlumatda qeyd edilir.

Müsabiqə nəticəsində qəbul olunan tələbələrin siyahısı Fövqəladə Hallar və Milli Təhlükəsizlik nazirliklərinə göndərilib. 

Adıçəkilən ali məktəblərə sənəd verən və müsabiqədən keçən tələbələr müvafiq olaraq Fövqəladə Hallar Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin akademiyasına müraciət edərək qeydiyyatdan keçməlidirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti