...

Rusiya və Qazaxıstan prezidentləri regionlararası əməkdaşlıq forumunda iştirak edəcəklər

Cəmiyyət Materials 27 Avqust 2009 18:13 (UTC +04:00)

Rusiya və Qazaxıstan prezidentləri Dmitri Medvedev və Nursultan Nazarbayev sentyabrın 11-də Orenburqda keçiriləcək iki ölkənin VI regionlararası əməkdaşlıq forumunda iştirak edəcəklər. Bu barədə RF-nin İnformasiya və mətbuat departamentinin məlumatında deyilir. Xəbəri RİA Novosti yazır.

Xarici İşlər Nazirliyindən bildirilib ki, cümə axşamı RF-nin xarici işlər naziri Sergey Lavrov qazaxıstanlı həmkarı Marat Tajin ilə telefonla bu foruma hazırlığı müzakirə edib.

"Tərəflər müasir vəziyyəti və postsovet məkanında inteqrasiya irəliləyişlərinin perspektivlərini müzakirə etmiş, Avrasiya İqtisadi Birliyi çərçivəsində əməkdaşlığa və Belarus, Qazaxıstan və Rusiyanın Gömrük İttifaqının formalaşdırılması məsələlərinə xüsusi diqqət ayımışlar. Söhbət zamanı senyabrın 11-də Orenburqda baş tutacaq və iki dövlət başçısının iştirakı ilə keçiriləcək Rusiya və Qazaxıstanın VI regionlararası əməkdaşlıq forumuna hazırlıq məsələsinə də toxunulub. Xəzər statusu məsələsinə dair fikir mübadiləsi də aparılıb", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti