...

Azərbaycan futbolçuları Finlandiyaya qarşı sürətli oyun göstərəcəklər - baş məşqçi

Cəmiyyət Materials 3 Sentyabr 2009 13:18 (UTC +04:00)
"Komandama fiziki cəhətdən inanıram və 90 dəqiqə sürətli oyun olacağını gözləyirəm. Əsasən müdafiə oyununa üstünlük verəcik", - Trend News-un məlumatına görə, cümə axşamı Lənkəranın şəhər stadionunda məşqdən sonra keçirdiyi mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi alman mütəxəssis Berto Foqts bildirib.
Azərbaycan futbolçuları Finlandiyaya qarşı sürətli oyun göstərəcəklər - baş məşqçi

Azərbaycan, Lənkəranı, 03 sentyabr / Trend , müxbir P.Əliyeva /

Azərbaycanın futbol üzrə milli yığmasının baş məşqçisi komandasının Finlandiya ilə DÇ-2010-un seçmə mərhələsi çərçivəsində oyununda sürətli oyun nümayiş etdirəcəyinə inandığını deyib.

"Komandama fiziki cəhətdən inanıram və 90 dəqiqə sürətli oyun olacağını gözləyirəm. Əsasən müdafiə oyununa üstünlük verəcik", - Trend -un məlumatına görə, cümə axşamı Lənkəranın şəhər stadionunda məşqdən sonra keçirdiyi mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi alman mütəxəssis Berto Foqts bildirib.

DÇ-2010-un seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Lənkəran şəhər stadionunda millimizlə qarşılaşacaq Finlandiya yığması Azərbaycana sabah gələcək. Azərbaycan yığması keçirdiyi qrup mərhələsində cəmi bir xal toplayıb.

Foqts deyib ki, əsas məqsəd oyunu udmaqdır, səhvlərə yol vermək olmaz. "Bu oyunun komanda oyunu olacağını güman edirik. Futbolçular bir-birinin səhvlərini sığortalamalıdırlar", - alman mütəxəssisi əlavə edib.

Baş məşqçi Finladiya ilə oyunda azarkeşlərdən böyük dəstək gözlədiklərini də deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti