...

Azərbaycan məhkəməsi kriminal avtoritetə 15 il cəza verdi

Cəmiyyət Materials 9 Sentyabr 2009 16:28 (UTC +04:00)
Azərbaycan məhkəməsi kriminal avtoritetə hökm oxuyub.
Azərbaycan məhkəməsi kriminal avtoritetə 15 il cəza verdi

Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir H.Bağırov /

Azərbaycan məhkəməsi kriminal avtoritetə hökm oxuyub.

Trend -un məlumatına görə, çərşənbə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən prosesdə kriminal aləmdə "Edik" ləqəbi ilə tanınan Ağdaş rayon sakini Eldar Fərhadova 15 il azadlıqdan məhrumetmə cəzası verilib.

Cinayət Məcəlləsinin qəsdən adam oldürmə (120.2.4) və qanunsuz olaraq odlu silah saxlama, gəzdirmə (228) maddələri ilə ittiham olunan Fərhadov Ağdaş rayonunun mərkəzində yerləşən "Səma" şadlıq evinin qarşısında həmyerlisi Rahil İbrahimovu "Makarov" markalı tapançadan atəş açaraq qətlə yetirib.

Fərhadov məhkəmədə verdiyi ifadəsində İbrahimovu öldürməklə qardaşının qisasını aldığını bildirib.

Onun sözlərinə görə, 2000-ci ildə İbrahimovun qardaşı onun qardaşını qətlə yetirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti