Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir H.Bağırov /
Azərbaycanda dəmiryol stansiyasına bomba qoyulması barədə polisə yalan məlumat verməkdə ittiham olunan şəxsə hökm oxunub.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən cümə axşamı Trend -a verilən məlumata görə, terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə (216) maddəsi ilə təqsirli bilinən Maştağa qəsəbəsi sakini İqor Fedoseyevə 2 il azadlıqdan məhrumetmə cəzası verilib.
Bu il iyunun 15-də Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edən naməlum şəxs Bakının Sabunçu rayonunun Maştağa Dəmiryol Stansiyasına bomba qoyulduğunu və səhər saat 09.00-da partlayış olacağını söyləyib. Lakin hadisə yerinə baxış zamanı heç bir partlayıcı qurğu aşkarlanmayıb. Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yalan məlumat vermiş Maştağa qəsəbə sakini İqor Fedoseyev tutulub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]