Azərbaycanın "İrəli" İctimai Birliyi Ramazan bayramı münasibətilə kimsəsiz uşaqları təbrik edib

Cəmiyyət Materials 17 Sentyabr 2009 11:00 (UTC +04:00)
Azərbaycanın "İrəli" İctimai Birliyi Ramazan bayramı münasibətilə kimsəsiz uşaqlarla görüş keçirib.
Azərbaycanın "İrəli" İctimai Birliyi Ramazan bayramı münasibətilə kimsəsiz uşaqları təbrik edib

Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir C.Babayeva /

Azərbaycanın "İrəli" İctimai Birliyi Ramazan bayramı münasibətilə kimsəsiz uşaqlarla görüş keçirib.

Görüş Suraxanı rayonu 7 saylı internat məktəbində baş tutub, cümə axşamı "İrəli" İB-nin yaydığı məlumatda bildirilib.

Bayram münasibətilə 100-ə yaxın uşaq üçün bayram süfrəsi açılıb, musiqili-əyləncəli proqram təşkil olunub, müxtəlif yarışlar keçirilib və uşaqlara hədiyyələr təqdim olunub.

Azərbaycanda 20-21 sentyabr tarixində müqəddəs Ramazan bayramı qeyd olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti